Milli komandamıza qol vuran futbolçu “Bayer”ə keçdi
05.05.2009 - 09:55
Milli komandamıza qol vuran futbolçu “Bayer”ə keçdi
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Finlandiya yığmasının kapitanı Sami Hyuyupya klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi uzun illər şərəfini qoruduğu “Liverpul”u Almaniya “Bayer”inə dəyişib. Artıq tibbi müayinədən keçən Sami yeni komandası ilə iki illik anlaşıb. “Liverpul” əsas heyətində yer vermədiyi Hyuyupyaya yeni müqavilə təklif etsə də, bu, sırf məşqçilər korpusunda yer almaqla bağlı idi. Ancaq bunu qəbul etməyən fin müdafiəçi hələ futbolçu karyerasını bitirmək istəmədiyini bəyan etmişdi.

Qeyd edək ki, Sami 1999-cu ilin avqustundan şərəfini qoruduğu “Liverpul”un heyətində İngiltərə Premyer Liqasında 317 oyun keçirib. İndiyədək milli komandamızla bütün oyunların iştirakçısı olan Sami ötən ilin oktyabrında Helsinkidə keçirilən görüşdə (0:1) kapitan sarğısını daşıyıb. Ucaboylu müdafiəçi yığmamıza qol da vurub.
0