Arda Turan yenə dava-dalaşda!
05.05.2009 - 10:00
Arda Turan yenə dava-dalaşda!
Türkiyə milli komandasının və “Qalatasaray”ın üzvü Arda Turan yenə qalmaqallı hadisənin iştirakçısına çevrilib. Apasport.az saytının məlumatına görə, bu dəfə dava-dalaş futbolçunun yox, onun dostunun üstündə düşüb.

Arda dostu ilə birgə Parisdə 4 günlük istirahətin ardından dünən gecə İstanbula dönüb. Atatürk Hava Limanında onlara son vaxtlar geniş yayılmış “Donuz qripi” xəstəliyi ilə bağlı yoxlamadan keçməyin zəruriliyi bildirilib. Lakin 22 yaşlı yarımmüdafiəçinin dostu Əli Murat Küçüklər bundan imtina edib. Nəticədə onunla hava limanının nümayəndəsi arasında dava-dalaş düşüb.

Bu zaman “Cim Bom”un oyunçusu dalaşanları ayırmağa çalışıb. Futbolçu mətbuata verdiyi açıqlamada hadisə barədə bunları deyib: “Mənim bu qalmaqalla əlaqəm yoxdur. Dostum ilə təhlükəsizlik işçisi arasında xoşagəlməz olay yaşandı. Mən də sadəcə, dava edənləri ayırırdım”.

Qeyd edək ki, Arda özü bir neçə gün öncə 2 qalmaqalla diqqət çəkib. Əvvəlcə, o, “Fənərbaxça” ilə derbidə Semih Şəntürklə yumruq davasına çıxmışdı. Bundan bir həftə sonra isə futbolçu stadionunun mühafizəçilərini döymək istəmişdi.
0