FİFA prezidentinin sürücülük vəsiqəsi əlindən alınacaq
05.05.2009 - 10:17
FİFA prezidentinin sürücülük vəsiqəsi əlindən alınacaq
FİFA prezidenti Yozef Blatterin sürücülük vəsiqəsi əlindən alınacaq. Apasport.az saytının məlumatına görə, İsveçrənin müvafiq qurumu dünya ən ali futbol qurumunun rəhbərinin 1 ay müddətinə avtomobil idarə etməsinə qadağa qoyacaq.

Buna səbəb Blatterin törətdiyi əməllərdir. Belə ki, o, ötən il oktyabrın 18-də idarə etdiyi “Mercedes” markalı maşınla qarşı yola çıxaraq, “Volkswagen”lə toqquşub. Nəticədə “Volkswagen”in sürücüsü xəsarət alıb.

Bu qəzadan sonra FİFA prezidenti 145 min avro cərimə ödəyib. İndi Blatter maşın idarə etmək üçün bir ay gözləməli olacaq.
0