Milli komandamıza 20 futbolçu çağırıldı
05.05.2009 - 10:41
Milli komandamıza 20 futbolçu çağırıldı
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının (U-21) heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmanın almaniyalı baş məşqçisi Bernard Lippert 18-19 mayda Bakıda, növbəti iki günü isə Lənkəranda keçiriləcək təlim-məşq toplanışına 20 futbolçu çağırıb.

Mayın 20-də Lənkəran şəhər stadionunda Özbəkistanın U-20-si ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq milli komandamızın heyətində əsas yığmamıza dəvət alanlar da var. Onlar Berti Foqtsun Türkiyə, Uels və İspaniya ilə matçları üçün açıqladığı siyahıda ehtiyat oyunçular qismində yer alıblar. Söhbət Elçin Sadıqov, Tural Nərimanov, Rahid Əmirquliyev, Araz Abdullayev və Elvin Məmmədovdan gedir.

Qapıçılar: Osman Umarov (“Qarabağ”), Elçin Sadıqov (“Neftçi”);

Müdafiəçilər: Maksim Medvedyev, Fərrux Rəhimov (hər ikisi “Qarabağ”), Tural Nərimanov (“Karvan”), Nodar Məmmədov (MOİK), Vurğun Hüseynov (“Qəbələ”), Emin Cəfərquliyev (“Neftçi”);

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Pərvin Paşayev (“Qəbələ”), Eşqin Quliyev, Araz Abdullayev, Cavid İmamverdiyev (hamısı “Neftçi”), Elvin Məmmədov, Şəhriyar Rəhimov (hər ikisi “İnter”), Əfran İsmayılov (“Turan”), Taqim Novruzov (“Qarabağ”);

Hücumçular: Bəxtiyar Soltanov, Rüstəm Novruzov (hər ikisi “Bakı”), Rauf Əliyev (“Qarabağ”).
0