Azərbaycan yığması: Tiflisdə 2, Rustavidə 1 oyun
05.05.2009 - 11:30
Azərbaycan yığması: Tiflisdə 2, Rustavidə 1 oyun
Azərbaycan milli komandasının oyunlarının vaxtı və yeri dəqiqləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qadınlardan ibarət yığma UEFA-nın təşkilatçılığı ilə Gürcüstanda keçiriləcək turnirdə meydan sahibləri, Türkiyə və Makedoniya ilə qarşılaşacaq. Mayın 11-də start götürəcək yarışa Türkiyə ilə görüşlə başlayan komandamız iki gün sonra makedoniyalılarla münasibətlərini ayırd edəcək. Bu qarşılaşmaları Tiflisdə keçirən futbolçularımız mübarizəni Rustavidə bitirəcək. Burada baş tutacaq son matçında meydan sahiblərinə rəqib olacaq yığmamızın oyunlarının hamısı Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Azərbaycan – Türkiyə
11 may. Saat 13:00. Tiflis. Mixail Mesxi adına stadion
Baş hakim: Tanya Subotiç (Sloveniya)
Hakim köməkçiləri: Petra Sever (Sloveniya), Katuna Maysuradze (Gürcüstan)
Hakim-inspektor: Yonas Braqa (Litva)

Makedoniya - Azərbaycan
13 may. Saat 13:00. Tiflis. Mixail Mesxi adına stadion
Baş hakim: Ginta Pece (Latviya)
Hakim köməkçiləri: Viola Raudzina (Latviya), Ketevan Qayparaşvili (Gürcüstan)
Hakim-inspektor: Yonas Braqa (Litva)

Azərbaycan – Gürcüstan
16 may. Saat 13:00. Rustavi. «Poladi» stadionu
Baş hakim: Karina Suzanna Vitulano (İtaliya)
Hakim köməkçiləri: Marinella Kaissutti (İtaliya), Petra Sever (Sloveniya)
Hakim-inspektor: Yonas Braqa (Litva)
0