Premyer Liqada striptiz
05.05.2009 - 12:06
Premyer Liqada striptiz
Rusiya Premyer Liqasının VII turunda keçirilən “Rostov” – “Zenit” matçı kuryoz hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, rostovlu azarkeş qonaqların tribunası önündə şalvarını aşağı çəkərək, onlara striptiz göstərib.

Hadisə görüşün fasiləsində qeydə alınıb. Ənənəvi olaraq, hissələr arasında müsabiqə təşkil olunub ki, burada hər komandanın bir azarkeşi mübarizə aparıb. Onlar meydanın kənarından qaçıb mərkəz nöqtəsində olan topu götürməli idi. Hədəfə daha tez çatan qalib sayılırdı ki, “Zenit”in fanatı burada qalib adını qazanıb. Məğlub olan rostovluya əlini uzadan qonağın əli elə havada qalıb. Piterlilərin tribunasına doğru gedən məğlub azarkeş şalvarını çəkərək onlara acıq verib. Belədə intizamsızlıq halları yaşanıb.

Tribunadan çətirlər, telefonlar və başqa əşyalar onun başına yağıb. Hətta fişəng atəşi də açılıb.
0