Deşam “Marsel”ə qayıdır
05.05.2009 - 13:54
Deşam “Marsel”ə qayıdır
“Marsel”in yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, ölkəsinin ən məşhur klublarından olan marsellilər mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayan Erik Geretsə əvəzləyici tapıb. Fransa təmsilçisi Didye Deşamla iki illik müqavilə bağlayıb. Bununla da o futbolçu kimi ayrıldığı doğma klubuna yeni ampluada qayıdır.

Futbolçu karyerası “Marsel”in tarixinin ən yaxşı illəri ilə bağlı olan Deşam 1993-cü ildə bu komanda ilə Çempionlar Liqasının qalibi də olub. Sonralar “Yuventus” və “Çelsi”də çıxış edən Fransa yığma komandasının sabiq kapitanının məşqçilik fəaliyyəti də uğurlu olub. 2004-cü ildə çalışdırdığı “Monako”nu Çempionlar Liqasının finalına çıxaran 40 yaşlı mütəxəssis “Yuventus”u İtaliya çempionatının A seriyasına qaytaran baş məşqçidir.
0