Milli komandamız üçün 5 ulduzlu otel - FOTOSESSİYA
05.05.2009 - 14:14
Milli komandamız üçün 5 ulduzlu otel - FOTOSESSİYA
İyunun 2-də Kayseri şəhərində Türkiyə yığması ilə beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq Azərbaycan milli komandasının oyun ərəfəsində məskunlaşacağı otel müəyyənləşib. AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, futbolçularımız Kayserinin “Hilton” otelində yaşayacaqlar. Bu oteli bir neçə gün öncə sözügedən şəhərdə olmuş assosiasiyamızın nümayəndəsi seçib.

“Hilton” Kayseridə ilk beynəlxalq 5 ulduzlu oteldir. Şəhərin mərkəzində yerləşən otel hava limanından 6 km məsafədə, Ərciyəs dağının ətəyindədir. 212 otaqdan ibarət “Hilton”da bütün şərait mövcuddur. Burada restoran, bar-restoran, hovuz, fitness mərkəzi, sauna, masaj otaqları, konfrans zalları var.

Milli komandamızın Kayseriyə oyundan təxminən bir həftə əvvəl gedəcəyi və orada təlim-məşq toplanışı keçəcəyi gözlənilir. Türkiyə - Azərbaycan matçı “Kadir Has” stadionunda baş tutacaq.
0