15 yaşlı futbolçularımız üçün 17 qayda
05.05.2009 - 14:48
15 yaşlı futbolçularımız üçün 17 qayda
Bu gün ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov Azərbaycan yığmasına mühazirə oxuyub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, veteran hakimimiz AFFA-nın Futbol akademiyasında 15 yaşlılardan ibarət yığmamızın oyunçularının qarşısında çıxış edib. Rəhimovun mühazirələri “Dünya və Azərbaycan futbolunun tarixi”, “Futbol qaydalarının təkamülü” və “Futbolun 17 qaydası” mövzularında olub. Mühazirələr zamanı mövzulara müvafiq videomateriallar nümayiş etdirilib.
0