Azərbaycan futbolçuları Bursada
05.05.2009 - 14:49
Azərbaycan futbolçuları Bursada
Azərbaycan yığması Türkiyədə təşkil olunan beynəlxalq turnirə qatılıb. Apasport.az saytının məlumatına görə, Bursada keçirilən və üçüncü dəfə təşkil olunan tələbələr arasında beynəlxalq turnirin püşkü atılıb. Yarışa qatılan 16 ölkədən olan komandalar arasında yer alan Azərbaycan yığması ilk oyununu sabah keçirəcək. “Əhməd Sadiq Halı” stadionunda keçirilən turnirin iştirakçıları hər birində 4 komanda olmaqla 4 qrupda mübarizə aparır.
Qeyd edək ki, yalnız qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq.
0