Seneqallı futbolçunu təhqir edəni 10 aylıq həbs cəzası gözləyir
05.05.2009 - 16:27
Seneqallı futbolçunu təhqir edəni 10 aylıq həbs cəzası gözləyir
Seneqallı futbolçuya qarşı irqçilikdə ittiham olunan vətəndaş on aylıq həbs oluna bilər. Apasport.az saytının məlumatına görə, fransalı Makses Kavalkante afrikalı Makam Traoreni təhqir etdiyi üçün cavab verməli olacaq. Həvəskar futbolçuların oyunu zamanı irqçilik zəminində baş verən hadisə ilə bağlı qərarı Fransanın Belley şəhər məhkəməsi çıxaracaq. Əgər Maksesin günahkar olduğu təsdiqlənsə onu 10 aylıq həbs cəzası və 22,5 min avro cərimə gözləyir. Qeyd edək ki, Traorenin həmyerlisi olan “Bakı”nın qapıçısı Xalidu Sissoko “Xəzər-Lənkəran”la səfər matçlarından sonra eyni problemdən şikayətlənib.
0