Zaurla Rəşada qırmızı işıq
05.05.2009 - 17:07
Zaurla Rəşada qırmızı işıq
“Qarabağ” klubu Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsində “Bakı” ilə cavab görüşünə itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, sabah Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək oyunda müdafiəçi Zaur Həşimovla yarımmüdafiəçi Rəşad Sadiqov iştirak etməyəcək.

Zaur zədə, Rəşad isə xəstəlik ucbatından komandaya yardım edə bilməyəcəklər. Əvəzində digər müdafiəçi Elnur Allahverdiyev oyuna hazırdır. “Bakı” ilə ilk oyunda (2:1) hesabı açan Elnur həmin görüşdə vərəqə limitini aşaraq, cəzalı duruma düşmüşdü. Allahverdiyev bu səbəbdən Premyer Liqanın son turunda “İnter”lə görüşdə oynamayıb.

Qeyd edək ki, “Qarabağ” mayın 3-də “İnter”ə qarşı keçirilmiş oyundan sonra Ağdamda qalaraq, “Bakı” ilə görüşə hazırlaşıb. Əyalət komandası 16 illik fasilənin ardından doğma məkanda ilk qələbəsini kubokda qazanıb, finala çıxmaq iddiasındadır.
0