Nadir Qasımov da “Muğan”ın baş məşqçisi postundan qovuldu
05.05.2009 - 17:15
Nadir Qasımov da “Muğan”ın baş məşqçisi postundan qovuldu
Salyanın “Muğan” klubunun baş məşqçisi Nadir Qasımov istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi ikinci dövrənin əvvəlində baş məşqçi postuna keçən bu mütəxəssisi vəzifəsindən azad edib.

Kluba öncə məsləhətçi kimi gətirilən Qasımovu “Muğan”ın keçmiş baş məşqçisi Vladislav Qədirov əvəzləyib. Artıq rəhbərlik onu komanda üzvlərinə təqdim edib. Qədirov komandanı son iki oyuna çıxaracaq.

Qeyd edək ki, XV turda “Simurq”la səfər oyununda məğlubiyyətdən (0:2) sonra istefa verən 39 yaşlı Qədirov klubda seleksiyaçı məşqçi kimi çalışırdı.
0