Futbolçunun başını daşla yardılar
05.05.2009 - 18:20
Futbolçunun başını daşla yardılar
Rumıniyanın “Styaua” klubunun avtobusu daşa basılıb. Apasport.az saytının məlumatına görə, nəticədə atılan daşlardan biri komandanın müdafiəçisi Pavel Qolyanskinin başına dəyib. Xəsarət alan futbolçu dərhal hospitala yerləşdirilib. “Styaua”nın avtobusuna naməlum şəxslərin hücum etdiyi bildirilir. Artıq polis bununla bağlı araşdırmağa başlayıb. İnsident Buxarestdən 100 kilometr şimal-şərqdə baş verib.

Qeyd edək ki, “Styaua” Rumıniyan ən titullu klubu sayılır, dəfələrlə ölkə çempionluğunu qazanıb. Komanda çempionatında növbəti oyununu bu axşam autsayder “Qloriya” klubuna qarşı keçirəcək.
0