“Çelsi” şokda, “Barselona” və “Mançester Yunayted” finalda!
07.05.2009 - 00:45
“Çelsi” şokda, “Barselona” və “Mançester Yunayted” finalda!
Çempionlar Liqasının finalçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, mayın 27-də İtaliya paytaxtı Romada baş tutacaq həlledici matçda “Mançester Yunayted” və “Barselona” üz-üzə gələcək.

İngiltərə təmsilçisi yarımfinalda həmyerliləri “Arsenal”ı mübarizədən kənarlaşdırıb – 3:1. Bununla məğlubiyyətsiz oyunlar seriyasını 25-ə çatdıran “qırmızı şeytanların” qələbəsinə Kriştianu Ronaldonun dublu töhfə verib.

Az öncə başa çatan görüşdə isə əsl şok yaşanıb. “Çelsi” “Barsa” ilə qarşılaşmada qələbəyə yaxın olsa da, son anda məğlubiyyətlə barışıb. Erkən qolla finala çıxmaq şansı qazanan London təmsilçisi son dəqiqələrdə məyus olub. İniyestanın vurduğu qol ispaniyalıları finala çıxarıb.

Çempionlar Liqası, yarımfinal, cavab oyunları

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) - 1:1
QOLLAR: Essyen, 9 - İniyesta, 90
İlk oyun - 0:0


“Arsenal” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə) - 1:3
QOLLAR: Robin van Persi, 76-p. – Park Ci Sun, 8, Kriştianu Ronaldo, 11, 61
İlk oyun – 0:1
0