UEFA kubokunun finalçıları “Şaxtyor” və “Verder” oldu
08.05.2009 - 00:40
UEFA kubokunun finalçıları “Şaxtyor” və “Verder” oldu
UEFA kubokunda 2008/09 mövsümünün finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici matçda “Şaxtyor” və “Verder” üz-üzə gələcək.

Donetsk təmsilçisi bu hüquqa yarımfinalda digər Ukrayna təmsilçisi Kiyev “Dinamo”sunu mübarizədən kənarlaşdırmaqla yiyələnib. Mirça Luçeskunun komandası bir həftə əvvəl səfərdə 1:1 hesablı sərfəli nəticə qazanmışdı. Təkrar görüşdə isə “Şaxtyor” kiyevliləri son dəqiqələrdə vurduğu qolla mübarizədən kənarlaşdırıb.

“Verder” isə ilk oyunda öz meydanında uduzduğu “Hamburq”u yarışdan uzaqlaşdırıb. Matçın “Hamburq” üçün yaxşı başlasa da, qonaqlar əsl əzmkarlıq nümayiş etdirərək, 3:2 hesabı ilə qələbə qazanıblar.

Final matçı Türkiyənin İstanbul şəhərindəki “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.


7 may

21:30. “Şaxtyor” – “Dinamo” (Kiyev) - 2:1

Baş hakim: Oleqariu Benkerensa (Portuqaliya)
QOLLAR: Jadson, 17; İlisyo, 89 - Banqura 47
İlk oyun – 1:1


23:45. “Hamburq” – “Verder” - 2:3
Baş hakim: Frank de Blekere (Belçika)
QOLLAR: Oliç, 13; 87 - Dieqo, 29; Pizarro, 65; Almeyda, 83
İlk oyun – 1:0
0