Azərbaycan – Almaniya görüşü “Şəfa” stadionunda keçiriləcək
06.05.2009 - 09:57
Azərbaycan – Almaniya görüşü “Şəfa” stadionunda keçiriləcək
Azərbaycanın və Almaniyanın veteran futbolçuları arasında Bakıda keçiriləcək yoldaşlıq görüşünün vaxtı dəqiqləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, əvvəldən mayın 13-nə planlaşdırılan oyun “Şəfa” stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.

Qeyd edək ki, hər iki komandanın heyəti haqda sonradan məlumat veriləcək.
0