“Bakı”ya təklif edilən futbolçu kitab buraxır
06.05.2009 - 10:04
“Bakı”ya təklif edilən futbolçu kitab buraxır
“Bakı” klubuna təklif edən rus futbolçu Vladimir But kitab buraxır. Apasport.az saytının məlumatına görə, ötən yay paytaxt komandasının transfer siyahısına daxil olan 32 yaşlı yarımmüdafiəçi Hannover şəhərində nəşriyyat açıb.

Orada müasir rusiyalı yazıçılarının əsərləri alman dilində çap olunur. But əsas diqqəti çox bəyəndiyi Yuri Polyakovun yaradıcılığına yönəldib: “Vətənimin bugünkü həyatını əks etdirən müasir Rusiya ədəbiyyatı Avropaya elə də yaxşı tanış deyil. Bu vəziyyəti düzəltmək istəyirəm”.

Qeyd edək ki, But 1997-ci ildə Dortmundun “Borussiya” klubunun heyətində Çempionlar Liqasının qalibi olub. Həmin vaxt Vladimirin baş məşqçisi olduğu tanınan alman mütəxəssis Ottmar Hitsfeld onu Avropanın ən istedadlı futbolçularından biri adlandırırdı. Vaxtilə Rusiya milli komandasında da çıxış etmiş But keçən yay ölkəmizdən ona maraq göstərildiyini xəbər tutanda variantları nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi. Meneceri onu “Bakı”ya təklif etmişdi. Vladimirin dediyinə görə, onun “Neftçi”yə keçmək variantı olub.
0