“Qırmızı şeytanlar” rekorda bir addım yaxınlaşdı
06.05.2009 - 10:47
İngiltərənin “Mançester Yunayted” klubu Çempionlar Liqasında rekorda imza atmağa yaxındır. Apasport.az saytının hesablamalarına görə, qitənin ən nüfuzlu klub turnirinin finalına vəsiqə qazanan “qırmızı şeytanlar” ardıcıl iki il çempion olmaqla, tarixə düşə bilər.
Belə ki, yarışın Çempionlar Liqası adlandığı vaxtdan heç kim ardıcıl iki dəfə bu titulun sahibi olmayıb. Ötən il mükafata yiyələnən mançesterlilər 1992-ci ildən başlayaraq davam edən qalibin hər dəfə dəyişməsi prinsipini pozmaq iddiasındadır. Baş məşqçi Aleks Ferqyussonun yetirmələri Çempionlar Liqasının tarixində finala çıxan 4-cü komandadır ki, bir il əvvəlki titulunu qorumağa çalışacaq. Bu 18 ildə daha üç komanda titulunu qorumaq üçün finalda oynayıb.
Lakin İtaliyanın “Milan”, “Yuventus” və Hollandiyanın “Ayaks” klublarından heç biri ikinci cəhddə də qalib gəlməyi bacarmayıb. Milanlılar 1994-cü ildə qazandığı mükafatı növbəti il oynadıqları finalda hollandiyalılara təhvil verib. “Ayaks” isə 1996-cı ildə “Yuventus”a uduzub ki, növbəti mövsümdə də finalda da oynayan italiyalılar Dortmund “Borussiya”sına uduzub. Son 12 ildə isə Çempionlar Liqasının qalibləri növbəti il finala qədər mübarizəni dayandırıb.
Qeyd edək ki, turnirin Çempionlar Kuboku adı altında da keçirilən dövrü nəzərə alsaq, sonuncu dəfə “Milan” ardıcıl iki dəfə qalib adını qazanıb. İtaliyalılar 1989 və 1990-cı illərdə kuboku başı üzərinə qaldırıb.

0
0