Ferqyusson “Arsenal”la oyuna getmək istəmirmiş
06.05.2009 - 12:26
Ferqyusson “Arsenal”la oyuna getmək istəmirmiş
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusson Çempionlar Liqasının yarımfinal mərhələsinin “Arsenal”la cavab oyununa getmək istəmirmiş. Apasport.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis “Emirates” stadionunda keçirilən matç zamanı yetirmələrinin yanında olub-olmamaq haqda ciddi tərəddüd içində olub.

Onun futbolçularının yanında olmağına şəxsi, ailə problemi səbəb ola bilərmiş. Belə ki, qarşılaşmadan bir neçə saat əvvəl çalışdırıcının gəlini Nadin avtomobil qəzasına düşüb. Ferqyusson nəvələri 10 yaşlı Çarli və 6 yaşlı Qreys də anaları ilə birlikdə olub. Mütəxəssis oğlu Darrenin sabiq həyat yoldaşı və nəvələrinin xəsarət alaraq xəstəxanaya aparıldığını eşidən kimi özünü onların yanına çatdırmaq istəyib. Seçim arasında qalan şotlandiyalı mütəxəssis sonda komandasının yanında olmağa üstünlük verib. Lakin cismən “Mançester Yunayted”in yanında olan çalışdırıcının ürəyi nəvələrinin yanında olub. Hadisədən sonra qəzaya düşənlər barədə məlumatı telefon vasitəsilə oğlundan alan Ferqyusson matç zamanı da onlar haqda düşünüb.
0