Berti Foqtsun Avropa çempionu etdiyi futbolçular Azərbaycana gəlir
06.05.2009 - 13:02
Berti Foqtsun Avropa çempionu etdiyi futbolçular Azərbaycana gəlir
Mayın 13-də yoldaşlıq görüşü keçirəcək Azərbaycan və Almaniyanın veteran futbolçulardan ibarət komandalarının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamızın heyətində meydana 24, almanlarda isə 19 futbolçu çıxmaq imkanı qazanıb.

Azərbaycan yığması: Cəmaləddin Əliyev, Faiq Əzizov, Təbriz Həsənov, Arif Əsədov, Novruz Əzimov, Mahir Çingizoğlu, Musa Qurbanov, Qurban Qurbanov, Vəli Qasımov, Maşallah Əhmədov, İsgəndər Cavadov, Oqtay Abdullayev, Nazim Süleymanov, Asim Xudiyev, Elbrus Abbasov, Elmir Xankişiyev, Əbdülqəni Nurməmmədov, Hacıbala Abdullayev, Rüfət Quliyev, Səməd Qurbanov, Telman Əzizov, Vaqif Sadıqov, Şakir Qəribov, Elşad Əhmədov.

Almaniya yığması: Andreas Raynke, Diter Burdenski, Manfred Kalts, Rayner Bonhof, Diter Aylts, Uve Raynders, Lars Unqer, Marko Remer, Mike Barten, Torsten Qüçov, Diksi Dörner, Tomas Doll, Yörq Haynrix, Ulrix Borovka, Mixael Şults, Qünter Hermann, Ştefan Froynd, Frank Noybar və Fredi Bobiç.

Almanların ən məşhur veteran futbolçuları Azərbaycana gəlməsə də, hər halda, aralarında tanınanlar var. Belə ki, Aylts, Froynd və Bobiç 1996-cı ildə Avropa çempionu olub. Maraqlıdır ki, həmin vaxt Almaniya yığmasını milli komandamızın hazırkı baş məşqçisi Berti Foqts çalışdırıb.

“Şəfa” stadionunda keçiriləcək oyun saat 16:00-da başlayacaq.
0