“Qalatasaray” “Real”ın qovduğu məşqçi ilə anlaşıb
06.05.2009 - 14:24
“Qalatasaray” “Real”ın qovduğu məşqçi ilə anlaşıb
Türkiyənin “Qalatasaray” klubu yeni çalışdırıcı ilə anlaşmaq istəyir. Apasport.az saytının məlumatına görə, hazırkı baş məşqçi Bülənt Korkmazın uğursuz nəticələrindən bezən istanbullular Bernd Şusterlə danışıqlara başlayıb.

İspaniya mətbuatı iddia edir ki, “Qalatasaray”la almaniyalı mütəxəssis arasında 1+1 illik müqavilə də imzalanıb. “Cim-Bom”un hələ Mixael Skibbe ilə yollarını ayırdıqdan sonra Şusterə elçi düşdüyü bildirilir. Bir müddət əvvəl İspaniyanın “Real” klubundan qovulan çalışdırıcının özü də Türkiyə təmsilçisi ilə anlaşdığını etiraf edib: “Mənə dedilər ki, komandanı Türkiyə birincisi edib Çempionlar Liqasına aparsam, müqaviləmi daha bir il artırıb 2 milyon avro mükafat verəcəklər. Türkiyədən aldığım bu təklifi düşünmədən qəbul etdim”.

Qeyd edək ki, Şuster “Real”dan “Barselona” ilə səfər oyunu ərəfəsindəki qorxaqlığa görə qovulmuşdu. Həmin vaxt almaniyalının “Barselona”nı səfərdə udmaq mümkünsüzdür” deməsi Madrid təmsilçisinin rəhbərliyinin qəzəbinə səbəb olmuşdu.
0