“Arsenal”ın azarkeşi intihar etdi
06.05.2009 - 16:13
“Arsenal”ın azarkeşi intihar etdi
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Arsenal”la “Mançester Yunayted” klubları arasında Londonda keçirilən cavab görüşü bir nəfərin həyatına son qoyub. Apasport.az saytının məlumatına görə, londonluların azarkeşi Süleyman Alfonso Omondi komandasının “Mançester Yunayted”ə məğlubiyyətdən (1:3) sonra özünü öldürüb. O, evinin balkonunda özünü asmaqla, həyatına sui-qəsd edib.

Mərhumun dostu Kevin Okyendo oyunu barda birgə izlədiklərini, görüşdən sonra Omondinin ağlayaraq getdiyini bildirib. Kevinin sözlərinə görə, dostunun ölümü haqda bu gün səhər məlumat alıb.
0