Hacıyevski finalda “Qarabağ”a azarkeşlik edəcək
06.05.2009 - 17:55
Hacıyevski finalda “Qarabağ”a azarkeşlik edəcək
“Ağdamda gözlədiyimizdən də isti oldu. Bizi ölkə kuboku da maraqlandırırdı. Ancaq indi daha çox çempionatda son iki oyunumuzu düşünürük”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsində “Qarabağ”la cavab görüşündə də 1:2 hesabı ilə uduzan makedoniyalı mütəxəssis Ağdamdakı oyuna aparıcı futbolçuları qorumağı lazım bilib: “Turan”la səfərdə keçirəcəyimiz oyun öncəsi əsas oyunçularımıza istirahət vermişdim. Ancaq “Qarabağ”a ikinci dərəcəli heyətlə oynadığımızı deyə bilmərəm. Bu gün meydanda əsas heyətin üzvləri var idi. Ölkə kubokunun finalına çıxmağa çalışdıq, hesabı da açdıq. Ancaq buraxdığımız iki qol nəticəsində məğlub olduq. Biz bilirdik ki, “Qarabağ” “İnter”ə çempionluq yolunda badalaq vura bilər. “Qarabağ” bu gücdə komanda olduğunu göstərdi. Bu komandanın ölkə kubokunu qazanmasını istərdik. Finalda “Qarabağ” azarkeşlik edəcəyəm”.
0