“Biz final haqda yox, “Xəzər-Lənkəran”la prinsipial oyun haqda düşünürük”
06.05.2009 - 18:05
“Biz final haqda yox, “Xəzər-Lənkəran”la prinsipial oyun haqda düşünürük”
“Havanın isti olması bizim də oyunumuza təsir göstərdi. Qapımızdan qol buraxdıqdan sonra sürəti artırdıq və hələ fasiləyədək hesabı bərabərləşdirə bildik. Əlimizə düşən qol imkanlarından yararlanaraq, qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan kubokunun finalına çıxan Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, “Bakı” ilk matçda səfərdə rəqibi 2:1 hesabı ilə məğlub etmələrinə baxmayaraq, cavab görüşünə ciddi yanaşıblar. Rəqibindən hər an təhlükə gözləyən “Qarabağ”ın 37 yaşlı çalışdırıcısı Ağdamda uzun fasilədən sonra ilk qələbənin qazanılmasına və ölkə kubokunun finalına çıxmalarına görə sevinir: “Bu gün bizim üçün əsas nəticə idi ki, bunu da qazana bildik. Finalda da uğurlu çıxış edib, ölkə kubokunu qazanmağa çalışacağıq. Artıq “Bakı” ilə kubok oyunu bizim üçün geridə qaldı. Bu dəqiqədən etibarən “Xəzər-Lənkəran”la görüş haqda düşünürük. Növbəti turda bu rəqiblə prinsipial oyunumuz var. Premyer Liqada son iki oyunda da qalib gəlməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” Ağdamda sonuncu qələbəsini 16 ildə elə ölkə kubokunun yarımfinalında “Turan” üzərində qazanıb (1:0). Ağdam təmsilçisi 2006-cı ildə qazandığı kubokdan sonra finala çıxa bilməmişdi.
0