Azərbaycan - İspaniya matçının vaxtı müəyyənləşib
07.05.2009 - 09:59
Azərbaycan milli komandasının İspaniya yığması ilə yoldaşlıq görüşünün vaxtı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq. Oyundan iki gün öncə Bakıya gələcək ispanlar görüşdən dərhal sonra Cənubi Afrika Respublikasına yollanacaq.
Qeyd edək ki, son Avropa çempionları olan İspaniya yığması iyunun 14-dən 28-dək bu ölkədə keçiriləcək Konfederasiyalar Kubokunda çıxış edəcək.
Qeyd edək ki, son Avropa çempionları olan İspaniya yığması iyunun 14-dən 28-dək bu ölkədə keçiriləcək Konfederasiyalar Kubokunda çıxış edəcək.
0
0