Messi: “Çelsi” “Barselona”dan çox-çox güclüdür
07.05.2009 - 10:01
“Final matçında dünyanın iki ən güclü klubu oynayacaq. Biz də həmin qarşılaşmada ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi deyib.
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundakı 1:1 hesablı heç-heçə ilə “Çelsi” səddini keçən kataloniyalıların 22 yaşlı hücumçusu İngiltərə təmsilçisinin güclü olduğunu etiraf edib: “Matçın gedişində ümidimi itirib finala qədər mübarizəni dayandırdığımız ötən mövsümü xatırladım. Lakin öz gücümüzə inam sayəsində növbəti dəfə istəyimizə çatdıq. “Çelsi” yaxşı futbolçulara malik əla komandadır. Fiziki cəhətdən onlar “Barselona”dan çox-çox güclüdür. Rəqibimiz erkən qol vurub meydanın özlərinə aid hissəsinə çəkildi. Bununla da bizə futbol oynamağa imkan verməməyə çalışırdılar”.
Qeyd edək ki, öz meydanında “Çelsi” ilə qolsuz heç-heçəylə kifayətlənən “Barselona” Londonda vurulan qol sayəsində finala vəsiqə qazanıb.

0
0