Hakimi boğan futbolçuya 20 oyunluq cəza
07.05.2009 - 10:51
Hakimi boğan futbolçuya 20 oyunluq cəza
Hakimi boğmağa cəhd edən avstriyalı futbolçu Martin Dollinger ağır cəza alıb. Apasport.az saytının məlumatına görə, Avstriya Futbol İttifaqının Nizam-İntizam Komitəsi birinci divizion təmsilçisi “Lustenau”un heyətində oynayan 22 yaşlı Martini 20 oyunluq diskvalifikasiya edib.

“Austriya” ilə derbi oyundan sonra Martin yan xətt hakimi Rene Tsexrnerin üzərinə cumaraq, onu boğmaq istəyib. Özündən çıxan hücumçu hakimi müdafiə etməyə cəhd edən mühafizəçinin sifətinə bir neçə zərbə endirib. Maraqlısı isə odur ki, Dollinger həmin oyunda iştirak etməyib. Onun adı ümumiyyətlə, matçın protokoluna daxil edilməyibmiş.

Futbolçu görüşü izlədiyi tribunadan meydana qaçaraq, ona hücum edib. Martinin belə reaksiyasına səbəb komandasının prinsipial görüşdə 1:2 hesabı ilə uduzması olub. Bədənə xəsarət yetirmək faktına görə cinayət işi qaldırılan futbolçunu yalnız polis dəstəsi zərərsizləşdirə bilib.
0