“Qalatasaray” axtardığı səviyyəli hücumçunu Almaniyada tapdı
07.05.2009 - 11:05
“Qalatasaray” axtardığı səviyyəli hücumçunu Almaniyada tapdı
“Qalatasaray” neçə vaxtdır axtardığı səviyyəli hücumçunu tapıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, istanbullular icarə əsasında Almaniya “Verder”ində oynayan Klaudio Pizarro ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Yaxın günlərdə məsələyə nöqtə qoymaq istəyən “Cim Bom” rəhbərliyi cari mövsüm 16 qola imza atan perulunu artıq yayda sıralarında görəcəyinə inanır. Didye Droqba, Nikolya Anelka və Salomon Kalu kimi ulduzlarla yanaşı oynamaq iqtidarında olmayan və bu səbəbdən də “Çelsi” ilə müqavilə bağlayan kimi icarəyə verilən 31 yaşlı futbolçunun elçiləri arasında başqa komandaların da olması, türkiyəliləri cəld hərəkət etməyə vadar edib. Pizarro da Türkiyədə oynamağın əleyhinə deyil. Lakin “Qalatasaray” yox, pul üçün bu variantı bəyənir: “Türkiyədəki vergi sistemi sayəsində Avropada ilə müqayisədə əlimə təxminən iki dəfə artıq pul keçəcək. Gələcəyimi düşündüyümdən “Qalatasaray”a keçməyə hazıram”.

Futbolçunun Türkiyədəki hüquqlarına malik menecer Kahraman Arslan keçidin demək olar ki, həll olunduğunu düşünür: “İngiltərənin “Çelsi” klubuna 2011-ci ilə qədər bağlı olan Pizarronun “Verder”lə icarə müqaviləsi bu mövsüm bitir. Onun keçidi üçün 7 milyon avro istəyən londonlular futbolçunu icarəyə verməyin də əleyhinə deyil. Pizarronun özü isə ilə 3,5 milyon avro istəyir”.

Qeyd edək ki, “Çelsi”yə lazım olmayıb icarələrdə gün keçirən futbolçulara göz dikməkdə davam edən “Qalatasaray” bir müddət əvvəl ukraynalı Andrey Şevçenkonu da sıralarına qatmaq istəyirdi.