Azərbaycan futbolçuları “Cəhənnəm”ə düşdü
07.05.2009 - 12:09
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının (U-21) Türkiyə yığması ilə keçirəcəyi yoldaşlıq oyununun yeri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Avropa çempionatının seçmə oyunlarına hazırlaşan gənclərimiz türk həmyaşıdlarını İstanbulda sınağa çəkəcəklər.
Matç iyunun 3-də “Qalatasaray” klubunun 24 min tamaşaçı tutumuna malik “Əli Sami Yen” stadionunda baş tutacaq. Buna qədər isə U-21 mayın 20-də Lənkəranda Özbəkistanla qüvvəsinin sınayacaq. Türklərlə görüşdən sonra isə Bernard Lippertin yetirmələri İngiltərədə meydan sahiblərinə qarşı mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan və Türkiyənin U-21-lərindən bir gün öncə, iyunun 2-də bu iki ölkənin əsas milli komandalar arasında Kayseri şəhərinin “Kadir Has” stadionunda yoldaşlıq görüşü olacaq.

0
0