AFFA jurnalistləri yığmanın oyununa avtobusla aparacaq
07.05.2009 - 12:38
AFFA jurnalistləri yığmanın oyununa avtobusla aparacaq
Azərbaycan milli komandasının oyununun işıqlandırılması məqsədilə AFFA KİV nümayəndələrinin səfərini təşkil edir. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, media işçiləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Özbəkistanla yoldaşlıq oyununu izləməklə bağlı problem yaşamayacaq.

Belə ki, mayın 20-də saat 18:00-da Lənkəran şəhər stadionunda keçiriləcək oyunda KİV əməkdaşlarının iştirakını təmin etmək məqsədilə AFFA tərəfindən onlara lazımi şərait yaradılacaq. Jurnalistlər üçün ayrılmış xüsusi avtobus mayın 20-də saat 9:30-da qurumun inzibati binasının qarşısından yola düşəcək və oyundan sonra həmin məkana qayıdacaq. Lakin oyunda iştirak etmək istəyən jurnalistlər ən azı matçdan iki gün əvvələdək - may ayının 18-nə qədər qeydiyyatdan keçməlidirlər.
0