“Qalatasaray” Saviolaya elçi düşüb?
07.05.2009 - 12:45
Hər gün bir futbolçunun adını “Qalatasaray”la yanaşı hallandıran Türkiyə mətbuatı növbəti transfer şayiəsi yayıb. Apasport.az saytının məlumatına görə, indi də argentinalı Xavyer Saviolanın “Cim-Bom”da peyda olacağı iddia olunur.
2011-ci ilin iyununa qədər İspaniyanın “Real” klubuna məxsus olan 28 yaşlı argentinalıya 3 illik müqavilə təklif olunduğu bildirilir. Lakin istanbulluların Saviolaya Madrid təmsilçisindəki əmək haqqını verə bilməməyi keçidə əngəl ola bilər. Belə ki, “Barselona”dan azad agent statusu ilə ayrılan “Dovşan” ləqəbli futbolçu indiki klubunda ilə 5 milyon avro qazanır. Türkiyəlilər isə onun üç ilinə vur-tut 10 milyon vermək niyyətindədir.
“Real” sabiq və indiki baş məşqçiləri – Bernd Şuster və Xuande Ramosun o qədər də güvənmədiyi Saviolanı “Qalatasaray”a pulsuz buraxmağa da hazırdır. Təki qarşıdakı iki ildə ona verilməli olan 10 milyon avrodan canlarını qurtarsınlar. Cari mövsüm “Real”ın heyətində cəmi 8 oyuna çıxan və 182 dəqiqə meydanda olan “Dovşan” bu zaman kəsiyində 1 qol da vurmağı bacarıb.
Qeyd edək ki, Saviolaya qədər Andrey Şevçenko və Klaudio Pizarro kimi hücumçuların da “Qalatasaray”a keçəcəyi, baş məşqçi postuna Şusterin gətiriləcəyi də bildirilirdi. “Real”da Saviolaya güvənməyən almaniyalı mütəxəssislə onun yeni klubda necə anlaşacaqları maraq doğurur.

0
0