Qurban Qurbanovla Yunis Hüseynovun fərqi
07.05.2009 - 13:21
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun tarixinə düşəcək. Apasport.az saytının hesablamalarına görə, 37 yaşlı mütəxəssis komandasını mayın 23-də keçiriləcək final oyununa çıxarmaqla rekorda imza atıb.
Belə ki, futbolçu karyerasını bitirdiyi “İnter”ə qarşı həlledici matç Qurbanov üçün ilk final olmayacaq. Hələ “Neftçi”də oynadığı zaman kuboka yiyələnən çalışdırıcı 2004-cü ildə komandanın kapitanı kimi fəxri mükafatı başı üzərinə qaldırıb. Həm futbolçu, həm də məşqçi kimi ölkə kubokunun final oyununun iştirakçısı olacaq Qurbanov sabiq komanda yoldaşı Yunis Hüseynovun rekordunu təkrarlayacaq.
2005/06 mövsümündə “Karvan”ı kubokun həlledici görüşünə yüksəldən Hüseynov da “Neftçi”də forma geyindiyi vaxt finalda oynayıb. Qurbanovdan fərqli, bir yox, iki dəfə həlledici oyunda meydana çıxan Hüseynov 1995 və 1996-cı illərdə flaqmanın kapitanı kimi kuboka yiyələnib. Lakin baş məşqçi kimi yüksəldiyi finalda “Karvan”ın çalışdırıcısı “Qarabağ”a uduzub.
Hüseynovun həm oyunçu, həm məşqçi kimi kubok qazanmağına əngəl olan ağdamlıların indiki çalışdırıcısı isə mayın 23-də sabiq komanda yoldaşının bacarmadığını etməyə çalışacaq.

0
0