İngilislər Azərbaycan yığmasını üçüncü dəstəyə göndərir
07.05.2009 - 14:31
Azərbaycan milli komandasının növbəti yoxlama oyununun yeri və vaxtı dəqiqləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan 21 yaşadək futbolçulardan ibarət yığmamızın İngiltərənin U-23-ü ilə iyunun 8-də keçiriləcək görüşü “MK Dons” stadionunda keçiriləcək.
2007-ci ildə istifadəyə verilən və 22 min tamaşaçı tutan bu arena paytaxt London yaxınlığındakı Milton Keynes şəhərində yerləşir. Yığmamızın oyununu keçirəcəyi stadion eyni adlı kluba - “MK Dons” (tam adı – “Milton Keynes Dons”) məxsusdur. Cəmi 5 il əvvəl yaranan komanda İngiltərə çempionatının gücünə görə üçüncü dəstəsi sayılan “Divizion One”də çıxış edir. Bu qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Qeyd edək ki, almaniyalı mütəxəssis Bernard Lippertin baş məşqçisi olduğu U-21 mayın 20-də Lənkəranda Özbəkistan (U-20), iyunun 3-də İstanbulun “Əli Sami Yen” stadionunda isə Türkiyə (U-21) yığması ilə görüşəcək.

0
0