Makedoniyanın ən məşhur futbolçusu: Qarabağ probleminin qabardılması üçün əlimdən gələni edəcəyəm
08.05.2009 - 17:43
Makedoniyanın ən məşhur futbolçusu: Qarabağ probleminin qabardılması üçün əlimdən gələni edəcəyəm
“Əsgərlərinizin simalarında gördüyüm inam hissi aşkar bilinirdi. Ordusu güclü olan, güclü dövlət deməkdir”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun makedoniyalı yarımmüdafiəçisi Artim Şakiri deyib.

Artıq bir həftədir Ağdam təmsilçisinin futbolçuları ev oyunlarını Quzanlıdakı Olimpiya İdman Kompleksinin stadionunda keçirir. Fürsət taparaq cəbhə bölgəsinə də baş çəkən “Qarabağ”ın oyunçuları əsgər və zabitləri ziyarət ediblər. Hərbi hissə komandirinə formasını hədiyyə edən Şakiri klubun rəsmi saytına açıqlamasında düşüncələrini bölüşüb: “Qarabağ problemindən xəbərim var. İnşallah, tezliklə torpaqlarınıza qovuşarsınız. Təbliğat çox önəmlidir. Qarabağ probleminin qabardılması üçün əlimdən nə gəlirsə, edəcəm”.

Xatırladaq ki, Şakiri Makedoniyanın ən məşhur futbolçularından sayılır və uzun müddət milli komandasının lideri olub.
0