Əhməd Dursun “Xəzər-Lənkəran”da qalır, bəs başqaları?
11.05.2009 - 20:10
Əhməd Dursun “Xəzər-Lənkəran”da qalır, bəs başqaları?
Qışda “Xəzər-Lənkəran” klubuna transfer olunan Əhməd Dursun növbəti mövsümdə də ölkəmizdə oynayacaq. Apasport.az saytının məlumatına görə, türkiyəli futbolçu cənub təmsilçisi ilə müqaviləsinin müddətini artıracaq. Vaxtilə “Beşiktaş”ın formasını geyinmiş Dursun “Xəzər-Lənkəran”la 6 aylıq müqavilə bağlamışdı. O, klubda qalmaq istədiyindən cari mövsümün sonunda anlaşmasını yeniləyəcək. Amma onun müqaviləsinin nə qədər olacağı bilinmir.
0