Branimir Subaşiçin komandası “Real”ın gününə düşdü
12.05.2009 - 10:52
Branimir Subaşiçin komandası “Real”ın gününə düşdü
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Çanqçun Yatay” klubu Çin çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk yeddi turdan sonra çempionatın lideri olan komanda öz meydanındakı məğlubiyyətdən sonra İspaniyanın məşhur “Real” klubu ilə müqayisə olunmağa başlayıb. Buna səbəb 27 yaşlı hücumçunun komandasının madridlilər kimi öz meydanında 2:6 hesabı ilə uduzmağıdır.

“Real”ın “Barselona” ilə oyunlarda yaşadıqları “Çanqçun Yatay”in başına “Pekin”lə matçda gəlib. Özü də bu dəfə qonaqlar ilk yarıda məsələni həll ediblər. Ardıcıl 5 top buraxandan sonra təsəlli topunu vuran meydan sahibləri 1:6 hesabı ilə yenik durumda daha bir topun da əvəzini çıxıb. Start heyətində meydana çıxan Branimir 67-ci dəqiqədə əvəzlənib.

Bu məğlubiyyətdən sonra 4-cü pilləyə enən “Çanqçun Yatay” növbəti matçını mayın 16-da səfərdə “Kinqdao”ya qarşı keçirəcək.
0