“Kaş, uşağımın atası sən yox, Roberto Karlos olaydı”
12.05.2009 - 11:07
“Kaş, uşağımın atası sən yox, Roberto Karlos olaydı”
İspaniya milli komandasının və “Fənərbaxça” klubunun futbolçusu Daniel Quizanın keçmiş həyat yoldaşı Nuria Bermudes şok açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Antena 3” telekanalının qonağı olan ispaniyalı model Quizanı kəskin tənqid atəşinə tutub.

O, uşağının atasının “Fənərbaxça”nın digər oyunçusu Roberto Karlos olması ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: “Kaş, uşağımın atası Quiza yox, Roberto Karlos olaydı. Ən azı ona görə ki, Roberto Karlos öz övladına sevgi ilə yanaşır, ailəsinin məişət problemin həll edir”.

Nuria övladına göstərilən qayğıdan şikayətlənib. Gözəlçə vurğulayıb ki, Daniel ona çox cüzi kömək göstərir: “Quiza ildə 3 milyon avro qazanır. Onun 4 evi var. Bu yaxınlarda super avtomobil almağa hazırlaşır. Bir gecədə 10 min avro xərcləyir. Amma o, mənə ayda 600 avro verir. Mənim bu pulla Madriddə bir ay yaşaya biləcəyimi düşünür”.

Qeyd edək ki, Quiza və Bermudes ötən il ayrılıblar.
0