Xodukinin həyat yoldaşından maraqlı təşəbbüs
12.05.2009 - 11:30
Bakının “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukinin həyat yoldaşı maraqlı təşəbbüs irəli sürüb. Apasport.az saytının məlumatına görə, Valentina Xodukina və 23 saylı orta məktəbin direktoru İradə Rəhimlinin birgə təşəbbüsü ilə “İnter”in futbolçuları 3 saylı Mərdəkan Uşaq Evinə baş çəkiblər.
Tədbirdə 23 saylı orta məktəbin pedaqoqu Vera Vaşinina da iştirak edib. Görüşdə futbolçular uşaqlara klubun hədiyyələrini təqdim etdikdən sonra onlarla xatirə şəkli çəkdirib. Daha sonra uşaqlara iki növbəli nahar süfrəsi təşkil olunub. Bundan başqa, uşaq evinə santexnika və digər məişət əşyaları hədiyyə olunub.
Qeyd edək ki, Xodukinin həyat yoldaşı uzun illər Xaçmazda yaşayıb. Onun hərbçi atası orada qulluq edib.

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0