“Xəzər-Lənkəran” türk məşqçiyə dəvət göndərdi
12.05.2009 - 14:36
“Xəzər-Lənkəran” rəhbərliyi Türkiyənin tanınmış məşqçisi Yılmaz Vurala təklif göndərib. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə mətbuatına müsahibəsində Vural özü deyib. 56 yaşlı çalışdırıcı “Xəzər-Lənkəran” və ya Azərbaycan milli komandasına baş məşqçi təyin oluna biləcəyini söyləyib.
“İran, Birləşmiş Ərəb Əmirlikləri, Qətərdən təklif almışam. Bundan başqa, Azərbaycandan da təklif gəlib. “Xəzər”, yaxud Azərbaycan yığmasının baş məşqçisi ola bilərəm” – deyə Vural vurğulayıb.
Türk məşqçi xaricdə işləməyin çətinliyindən də söz açıb. O, buna maneçilik törədən amilləri sadalayıb: “Türkiyədə işləyən məşqçiyə adətən xaricdən təklif gəlmir. Xarici ölkələrdə çalışmaq üçün əcnəbi klublarda çalışmaq lazımdır. Fatih Terim UEFA kubokunu qazanmasaydı, xaricə necə gedəcəkdi? Mustafa Dənizli belə, Almaniyanın ikinci liqa komandasında işləməyə razılaşdı. Mətbuat nümayəndələri də türklərə dəstək vermirlər. Mən İspaniyadakı bütün məşqçilərdən çox bilirəm”.
Qeyd edək ki, “Trabzonspor”, “Gənclərbirliyi” kimi klublara rəhbərlik etmiş Yılmaz Vural carı mövsümün birinci dövrəsində azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun şərəfini qoruduqları “Kocaelispor”u çalışdırıb. Ümumiyyətlə, o, 23 illik məşqçi karyerasında iş yerini 18 dəfə dəyişib.

0
0