Bərəkallah: Elçin Məmmədov turun hakimi oldu!
12.05.2009 - 17:38
Bərəkallah: Elçin Məmmədov turun hakimi oldu!
Azərbaycan Premyer Liqasının XXV turunun oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Peşəkar Futbol Liqasından apasport.az saytına verilən məlumata görə, ən yaxşı idarəçilik “Turan” - “Bakı” qarşılaşmasında qeydə alınıb.

Vərəqələrin göstərilmədiyi bu oyunun referisi Elçin Məmmədov turun ən yaxşı hakimi olub. MOİK-lə “Olimpik” arasında baş tutan “qol yağışı” isə baş və yan xətt hakimin xətaları ilə müşayiət olunub. Turda ən aşağı qiymət alan baş hakim Zöhrab Əliyev olub. Ona Quzanlıda keçirilən “Qarabağ” - “Xəzər-Lənkəran” görüşünün laysmanı Elman Musayevlə birlikdə ən aşağı qiymət verilib.

9 may, şənbə

"Qarabağ" - "Xəzər-Lənkəran" 1:0

Hakimlər: Fariz Yusifov - 8,0, Elman Musayev - 7,7, Vaqif Musayev - 8,0, Əfqan Həmzəyev - 8,0

"İnter" - "Karvan" 4:0
Hakimlər: Anar Salmanov - 8,0, İsgəndər Əliyev - 8,0, Azad Q.Hüseynov - 8,0, Ceyhun Haşımov - 8,0

"Neftçi" - "Bakılı" 3:0
Hakimlər: Rövşən Əhmədov - 7,9, Rauf Məmmədov - 8,0, Emil İsgəndərov - 8,0, Ramil Diniyev – 8,0

"Turan" - "Bakı" 0:2
Hakimlər: Elçin Məmmədov - 8,1, Aydın Ələkbərov - 8,0, Elşən Durmuşov - 8,0, Elvin Əsgərov - 8,0

11 may, bazar ertəsi

MOİK - "Olimpik" 1:6

Hakimlər: Zöhrab Əliyev - 7,7, Habil Əliyev - 7,9, Aleksandr Musatkin - 8,0, Fuad Həsənov - 8,0

"Muğan" - "Standard" 1:3
Hakimlər: Vüsal Əliyev - 8,0, Roman Vasilyev - 8,0, Orxan Məmmədov - 8,0, Rauf Cabbarov - 8,0

"Simurq" - "Qəbələ" 1:0
Hakimlər: Azad Mütəllimov - 8,0, İlham Əliyev - 8,0, Azər Əsgərov - 8,0, Rasim Məmmədov - 8,0
0