Məmmədov yığmamızı təbrik etdi
15.05.2009 - 12:43
Məmmədov yığmamızı təbrik etdi
AFFA rəhbərliyi Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, İcraiyyə Komitəsinin üzvü, Sahə Futbol Federasiyasının prezidenti Mahir Məmmədov qadınlardan ibarət yığmamızla görüşüb. O, UEFA tərəfindən Gürcüstanda təşkil olunan turnirdə iştirak edən futbolçularımızın Makedoniya millisi üzərində qazanılan qələbə (4:0) münasibətilə təbrik edib. Məmmədov xanımlara qarşıdakı oyunlarda daha böyük uğurlar arzulayıb. Tədbir zamanı AFFA rəhbərliyi tərəfindən bundan sonra da milli komandalara hərtərəfli şərait yaradılacağı və ölkəmizdə futbolun bütün kateqoriyalar üzrə inkişafı üçün kompleks işlər görüləcəyi vurğulanıb.
0