“Bakı” ikiqat Azərbaycan çempionu oldu
17.05.2009 - 18:49
“Bakı” ikiqat Azərbaycan çempionu oldu
“Bakı” Azərbaycan Premyer Liqasında başa çatan 2008/09 mövsümünün qalibi olub. Apasport.az saytının məlumatına görə, 54 yaşlı makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin çalışdırdığı komanda son turda Salyanın “Muğan” klubunu böyük hesabla məğlub etməklə, ölkə çempionu adını qazanıb. “Bakı”nın ən yaxın izləyicisi olan həmşəhərliləri “İnter” də 4 top fərqi ilə qalib gəlsə (5:1) də, bu, sonda təsəllidən başqa bir şey olmayıb. Ukraynalı Valentin Xodukinin baş məşqçisi olduğu komanda ötən mövsüm qazandığı çempionluq titulunu qoruya bilməyib. “İnter” tarixində ilk dəfə gümüş medal qazandığı halda, Zaqatalanın “Simurq” klubunun mövsümü bürünc mükafatçı kimi bitirməsi hələ ötən tur rəsmiləşmişdi.

“Bakı” demək olar bütün göstəricilərdə ən yaxşı olub. Hacıyevskinin komandası ən çox xal toplamaqla yanaşı, ən çox qələbə qazanıb, ən çox qol da vurub. Düzdür, “İnter” də 54 qol vursa da, “Bakı” ondan daha az top buraxdığı üçün topların fərqində daha yaxşı göstəriciyə malikdir. “İnter” rəqibini yalnız məğlubiyyətlərin sayının az olmasında üstələyir ki, həmin yenilgi həlledici olub. Belə ki, “Bakı” “İnter”dən şəxsi göstəricilərdə də (0:0 və 1:0) üstündür.

İlk dəfə qızıl medalı 2006-cı ildə qazanan “Bakı” ən azı iki dəfə Azərbaycan çempionu adına sahib çıxan 5-ci klub oldu. Buna qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Şəmkir” eyni uğura nail olub. Göründüyü kimi, bakılılar “Neftçi”dən sonra belə göstəriciyə imza atan ikinci paytaxt klubudur. “Şəmkir” və “Qarabağ” da iki dəfə çempionluq qazandığı halda, “Kəpəz” üç, “Neftçi” dörd dəfə buna imza atıb. Hərəyə bir dəfə çempion olanlara “Turan”, “Xəzər-Lənkəran” və “İnter”dir.

Qeyd edək ki, Premyer Liqada yerini itirən hər iki klub da paytaxt təmsilçisidir. Gözlənildiyi kimi, MOİK-ə yol yoldaşı “Bakılı” oldu. Hər iki komanda ötən mövsüm birinci divizionda ilk iki yeri tutaraq, Premyer Liqaya vəsiqə qazanmışdı. MOİK-lə “Bakılı” cəmi bir illik fasilədən sonra əks marşrutla hərəkət etdi.

16 may

“Standard” – MOİK - 2:1

Bakı. “Şəfa” stadionu
Hakimlər: Ceyhun Haşımov, Qəzənfər Məmmədov, Coşqun Həsənov, Elnur Muradov
QOLLAR: Anxel Qutyerres, 6; Rikelme, 85 - Fuad Əliyev, 14

“Xəzər-Lənkəran” – “Simurq” - 3:1
Lənkəran. Mərkəzi şəhər stadionu
Hakimlər: Anar Salmanov, Mehman Mahmudov, İsgəndər Əliyev, Ramil Diniyev
QOLLAR: İvan Svetkov, 24 (penaltidən); Ramulo Silvano, 27;65 - Vladimir Mazyar, 84

17 may

“Qəbələ” – “Turan” - 0:1

Qəbələ. Şəhər stadionu
Hakimlər: Əfqan Həmzəyev, Arif Ağayev, Munis Abdullayev, Rasim Məmmədov
QOL: İsmayılov, 24

“Bakı” – “Muğan” - 4:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
QOLLAR:Batista, 34; Adamiya, 45+2; Ticani, 84; 86

“Olimpik” – “Neftçi” - 0:0
Bakı. “Şəfa” stadionu
Hakimlər: Fariz Yusifov, Azər Məmmədov, Eldar Nağıbəyov, Fuad Həsənov

“Bakılı” – “İnter” - 1:5
Bakı. Zabrat qəsəbə stadionu
Hakimlər: Elçin Məmmədov, Mübariz Haşımov, Həsən Babayev, Elvin Əsgərov
QOLLAR: Hafiz Əliyev, 50 - Valter Quqlemon, 41; Xaqani Məmmədov, 47; Rahid Usubov, 56; 87; Çervenka, 64

“Karvan” – “Qarabağ” - 0:0
Yevlax. Şəhər stadionu
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azad Q Hüseynov, Rauf Cabbarov

Turnir cədvəli

komandalar

O

Q

H

M

T

X

1

Bakı

26

20

2

4

54-13

62

2

İnter

26

18

7

1

54-16

61

3

Simurq

26

16

5

5

39-20

53

4

Xəzər-Lənkəran

26

15

5

6

49-21

50

5

Qarabağ

26

14

7

5

35-22

49

6

Olimpik

26

12

8

6

32-18

44

7

Standard

26

12

3

11

30-31

39

8

Neftçi

26

9

9

8

30-21

36

9

Karvan

26

10

4

12

28-33

34

10

Qəbələ

26

9

6

11

28-21

33

11

Turan

26

5

5

16

19-45

20

12

Muğan

26

4

2

20

19-53

14

13

Bakılı

26

3

3

20

14-65

12

14

MOİK

26

1

2

23

12-64

5



Bombardirlər: Valter Quqlemon (“İnter”) – 17
0