Çempionlar Liqasının finalına yüksələn məşqçi Azərbaycan qızılı istəyir
15.05.2009 - 15:00
“Əhval-ruhiyyəm çox yaxşıdır, səbirsizliklə bazar gününü gözləyirəm. İnanıram ki, həmin gün “Muğan”la oyundan sonra hər şey super, kefim kök olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasının lideri olan “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Ölkə çempionatının sonuncu turunda mayın 17-də Tofiq Bəhramov adına stadionunda “Muğan”la görüşəcək bakılılar üçün həmin oyun çempionluğun taleyini həll edəcək. Hacıyevski turnir cədvəlində 12-ci yerdə qərarlaşan rəqiblə matça ciddi hazırlaşdıqlarını söyləyib: “Bu oyuna “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” kimi rəqiblərlə olduğu kimi hazırlaşırıq. Son tur bizim üçün böyük əhəmiyyət kəsb edir. Çempion olmaq üçün “Muğan”ı məğlub etməliyik. Bunu reallaşdırmağa hazırıq. Hesab edirəm ki, bizə əngəl ola bilməzlər. “Muğan”ın yerinə başqa, güclü rəqib olsaydı belə, son maneəni dəf edəcəyik. Çünki motivasiyamız həddən artıq böyükdür. Çempionluq yolunda bütün mövsüm boyu böyük əziyyət çəkmişik. Həlledici anda büdrəməyə haqqımız yoxdur”.
Ölkəmizə 2007-ci ilin sentyabrında gələn Hacıyevski həmin vaxtdan “Bakı”nı çalışdırır. 54 yaşlı makedoniyalı mütəxəssis çəkdiyi zəhmətin nəticəsini görmək istəyir: “Azərbaycan çempionu olmaq istəyirəm. Bunu qazansam, çox şad olacağam. İndiyədək vətənimdə “Vardar”ın baş məşqçisi kimi dəfələrlə çempion olmuşam. Ona görə də çempionluq sevinci mənə tanış hisslərdir. Ancaq Makedoniyadan kənarda hələ çempion olmamışam. Məşqçilik karyeramda vətəndən kənarda ən böyük uğurum Yaponiyada olub. Həmin vaxt, yəni 2000-ci ildə “Jubilo İvata” ilə ölkə superkubokunu qazanmışam. Asiya Çempionlar Liqasının finalında “Əl-Hilal” klubuna “qızıl qol” buraxaraq, 2:3 hesabı ilə uduzduq. Bolqarıstanda Sofiya MOİK-i, Serbiyada “Voyvodina” klubu ilə medal qazanıb, UEFA kubokuna vəsiqə qazanmışam”.
Qeyd edək ki, “Bakı” ən yaxın izləyicisi “İnter”i 1 xal qabaqlayır.

0
0