Baş nazir 500 milyon avroya klub alır
15.05.2009 - 15:41
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri Məhəmməd bin Rəşid Əl-Maktum İtaliyanın “Milan” klubunu alır. Apasport.az saytının məlumatına görə, “Milan”ın sahibi olan İtaliyanın baş naziri Silvio Berluskoni klubun səhmlərinin 35 faizini ərəb həmkarına satmağa razılaşıb.
Sövdələşmənin məbləği 500 milyon avroya yaxın olacaq. Əl-Maktum gələcəkdə “Milan”ın aksiyalarının nəzarət paketini ələ keçirməyi planlaşdırır. Razılığa əsasən, “Milan”ın sahibi klubun qalan aksiyalarını qarşıdakı iki il ərzində 10 milyard avroya satmaq hüququ əldə edir.
İtaliya mətbuatı iddia edir ki, BƏƏ-nin baş naziri “Milan” üçün yeni stadion inşa etdirəcək. Bundan əlavə, həmin ölkənin milli aviasiya şirkəti “Fly Emirates” klubun sponsoru ola bilər.
Qeyd edək ki, “Milan”ın ərəb biznesmenlərinin nəzarəti altına keçəcəyi ilə bağlı xəbərlər ilk dəfə bu ilin fevralında yayılıb. İngiltərənin “Mançester Siti” klubunun sahibi, ərəb şeyxi Mansur ben Zid Əl-Nəhəyanın “Milan”ın səhmlərinin 40 faizinə 500 milyon avro təklif etdiyi deyilsə də, italyanlar bunu təkzib edib.
Apreldə isə Əl-Maktumun oğullarından biri Milan şəhərinə yollanaraq, komandanın “Palermo” ilə İtaliya çempionatında keçirdiyi oyunu izləmişdi. O, tribunada “Milan”ın vitse-prezidenti Adriano Qalliani ilə birgə matça baxıb. Məhz bundan sonra şeyxin “Milan”a sponsorluq etmək niyyətində olduğu bildirildi.

0
0