“Kocaelispor” islahatlara başladı
15.05.2009 - 16:14
Rəşad Sadıqovla Ramal Hüseynovun şərəfini qoruduqları Türkiyənin “Kocaelispor” klubu islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisi mövsümün sonunu gözləməyərək, 5 futbolçu ilə vidalaşıb. Ancaq onların arasında müqavilələri bir neçə gündən sonra başa çatacaq Rəşad və Ramal yoxdur.
Belə ki, “Kocaelispor” Fatih Akyel, Ergün Teber, Ergin Yücetaş, Emrah Kıraz və isveçrəli Maurise Rossu sıralarından kənarlaşdırıb. Klub rəhbərliyi cari mövsümün axırınadək icarəyə götürdüyü bu futbolçuları yola salıb.
Superliqada heç bir iddiası qalmayan “Kocaelispor”un məşqçilər korpusu bu futbolçuların yerinə gənclərə şans vermək fikrindədir. Bu baxımdan komandanın çalışdırıcısı Erhan Altının daim ehtiyatda saxladığı Ramala bazar günü “Qaziantepspor”la səfər oyununda debüt etmək imkanı yaradacağı gözlənilir. 25 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfədir legioner həyatı yaşayır. “Bakı”nın cari mövsümün sonunadək “Kocaelispor”a təmənnasız icarəyə verdiyi Ramalın azı həmin vaxta kimi komandada qalacaq. Çünki İzmit klubu mövsümün axırına qədər başqa hər hansı futbolçu ilə vidalaşmayacağını bəyan edib.

0
0