Yevlax və Qəbələ stadionlarında axtarış
15.05.2009 - 16:32
Azərbaycan milli komandasının məşqçiləri bölgələrə ezam olunub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, seleksiyaçı-məşqçilər Əfqan Talıbov və Yaşar Vahabzadənin həftəsonuna təsadüf edəcək səfərləri istedadlı futbolçuların aşkara çıxarılaraq yığma komandalara cəlb olunmasına xidmət edir. Onlar Premyer Liqanın əsas və əvəzedici komandaları arasında çempionatlarının regionlarda keçiriləcək oyunlarını izləyəcəklər. Bu məqsədlə Əfqan Talıbov Yevlaxa səfər edəcək. O, Premyer Liqa klublarının əsas və əvəzedici komandaları arasında çempionatın XXVI turu çərçivəsində keçiriləcək «Karvan» - «Qarabağ», Yaşar Vahabzadə isə Qəbələdə «Qəbələ» - «Turan» oyununa baxacaq. Əvəzedici komandaların oyunları mayın 16-da, əsas komandaların qarşılaşmaları isə mayın 17-də keçiriləcək.
0
0