İki azərbaycanlı futbolçu “Milan”a baxışa gedir
15.05.2009 - 17:23
İki azərbaycanlı futbolçu “Milan”a baxışa gedir
Bakının “İnter” klubunun iki futbolçusu İtaliyaya səfərə hazırlaşır. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu və “Milan” komandası arasında əldə olunan razılığa əsasən, Anar Məhərrəmovla Ramil Mansurov mayın 17-də Milan şəhərinə yollanacaq.

Futbolçular dörd gün davam edəcək səfər müddətində tanışlıq və yoxlanış mərhələsindən keçəcək. Milanda yerləşən Vismara İdman Mərkəzində tibbi müayinədən keçəcək Anarla Ramil yoxlama oyunlarında iştirak edəcəklər. Bundan sonra “Milan”ın rəhbərliyi hər iki futbolçu ilə bağlı yekun rəyini bildirəcək.

Qeyd edək ki, Məhərrəmovla Mansurov ötən ilin oktyabrında "Şəfa" stadionunda keçirilmiş "Milan Junior Camp" layihəsi çərçivəsində "Milan"ın uşaq - yeniyetmə məşqçiləri tərəfindən seçilib.