Şahin Diniyev darmadağınla üzləşdi
15.05.2009 - 17:36
Şahin Diniyev darmadağınla üzləşdi
Rusiya Premyer Liqasında çıxış edən klubların gənclərdən ibarət komandaları arasında çempionatın növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin çalışdırdığı “Terek” həmyerlimizin rəhbərliyi altında ən acınacaqlı məğlubiyyətini alıb. Moskva “Lokomotiv”inə 1:4 hesabı ilə uduzan Qroznı təmsilçisi 43 yaşlı mütəxəssisə ilk böyük hesablı məğlubiyyətin acısını yaşadıb. Doqquzuncu matçda 4-cü dəfə xalsız qalan Diniyevin komandasının hesabında 11 xal var.

Qeyd edək ki, Diniyevin yetirmələri ilk üç məğlubiyyətini minimal fərqlə almışdı.
0