Mübariz Mənsimovdan “Beşiktaş”a 500 min dollar mükafat
15.05.2009 - 18:51
“Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov “Beşiktaş” klubunun Türkiyə kubokunu qazanması münasibətilə mükafatlandıracaq. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bu haqda “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörən açıqlama verib.
“Fənərbaxça” ilə mayın 13-də keçirilmiş final matçı öncəsi futbolçularla görüşən Dəmirörən qələbə təqdirində hərəyə 100 min dollar mükafat vəd verib. O, bildirib ki, “Beşiktaş” klubunun üzvü olan Mənsimov da kuboku qazanmağın qarşılığında komandaya 500 min dollar mükafat verəcək.
Qeyd edək ki, finalda 4:2 hesablı qələbə qazanan “Beşiktaş” tarixində 8-ci dəfə Türkiyə kubokuna sahib olub.

0
0